ABŞ etsə belə, Avropa İttifaqı Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı sanksiyaları ləğv etmək fikrində deyil.
Avropa Komissiyasının məlumatına görə, bunu İqtisadi Məsələlər və Məhsuldarlıq, Tətbiq və Sadələşdirmə üzrə Avropa Komissarı Valdis Dombrovskis İqtisadi və Maliyyə Məsələləri Şurasının 18 fevral 2025-ci ildə Brüsseldə keçiriləcək iclasından əvvəl bildirib.
Məmurdan ABŞ-ın bunu edəcəyi təqdirdə Aİ-nin Rusiyaya qarşı sanksiyaları ləğv edib-etməyəcəyi soruşulub. O, aydın cavab verib ki, Brüssel Tramp administrasiyasının qərarlarından asılı olmayan öz sanksiya siyasətini həyata keçirəcək. “ABŞ-ın yeni administrasiyasının siyasətini nəzərə alaraq, Aİ öz təhlükəsizliyi məsələsini öz əlinə almalıdır, bu, sanksiyalar siyasətinə də aiddir. Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir”, – Dombrovskis cavab verib.
//Samir Qurbanov, Editor.az