AZ

Kəngərlidə hərbi sursatlar tapılıb

Polis əməkdaşları tərəfindən Kəngərli rayon Yeni Kərki kəndindən kənar, açıq ərazidə hərbi sursatlar aşkar edilib.

Gundem.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan minası və 1 ədəd 76 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Seçilən
30
49
gundem.az

10Mənbələr