AZ

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin və yük daşımaları kəskin artıb

Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 824,1 min ton təşkil edib və əvvəlki ilin yanvar ayına nisbətən 31,2% artıb...

Bu barədə Poliqon Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə daşınan yüklərin 43,5%-ni neft yükləri təşkil edib.

Qeyd olunur ki, yanvar ayında dəniz limanları tərəfindən 1471,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1137,9 min tonunu və ya 77,3%-ni tranzit yüklər təşkil edib.

“2025-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 53,6 min ton olub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin yanvar ayına nisbətən 42,1 faiz artaraq 2,7 min nəfər olub.

Xatırladaq ki, ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ildə daşınmış yüklərin həcmi 8 621,4 min ton təşkil edib və əvvəlki ilə nisbətən 4,3% azalıb. Hesabat dövründə daşınmış yüklərin 48,9%-ni neft yükləri təşkil edib.

Poliqon.info

Seçilən
20
4
poliqon.info

5Mənbələr