Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov Tokio şəhərində baş tutan “Hakuho Cup 2025” turnirində ilk əcnəbi hakim olub.
Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.
Analoji hadisə 2024-cü ildə də baş vermişdi. Turnir sumo tarixinin ən titullu idmançısı Hakuho-Şonun adına “Ryogoku Kokugikan” Milli Sumo Arenasında təşkil edilib.
Yarışdan sonra Yokozuna Hakuho ilə sumonun inkişafı və gələcək planlar müzakirə edilib. Hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 2026-cı ildə sumo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək.