Fabio Peçkianı istefaya göndərən "Parma"nın yeni baş məşqçisi müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, komanda Kristian Çivuna tapşırılıb. 44 yaşlı rumıniyalı ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Çivunun köməkçiləri isə Antonio Qalyardi, Ancelo Palombo və Nikola Pavarini olacaq.
O, son iş yeri 2024-cü ilin yayında arıldığı "İnter" olub. O, 6 il bu klubda məşqçi kimi çalışıb.
Qeyd edək ki, Parma" hazırda turnir cədvəlində 20 xalla 18-cidir.
Telegram kanalımız