AZ

Avropa çempionatı: Azərbaycan millisi II seçmə mərhələdə ilk oyununu keçirib

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya seçməsi ilə üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma Şimali İrlandiya millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya kollektivinə qarşı keçirəcək.

Seçilən
70
11
azertag.az

10Mənbələr