AZ

Fondun baş direktoru: Baydenin səhvlərini düzəltmək üçün Rusiya və ABŞ-ni uzun yol gözləyir

Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev ABŞ və Rusiya arasında çoxlu sayda fikir ayrılıqlarının olduğunu bildirib.

Bu barədə Report "İnterfaks"a istinadən xəbər verir.

"Çoxlu sayda fikir ayrılıqları var. ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyasının etdiyi səhvləri düzəltmək üçün qarşımızda uzun yol var", - K.Dmitriyev bildirib.

O, həmçinin qeyd edib ki, Ər-Riyadda aparılan danışıqlarda ABŞ tərəfi iki ölkə arasında dialoqun zəruriliyi barədə mühüm mesaj səsləndirib.

Baş direktorun sözlərinə görə, C.Baydenin dövründə mövcud olan paradiqma arxa plana keçib və Tramp administrasiyası əlaqələrin qurulmasına can atır.

"Qarşıda çox uzun yol var", - o qeyd edib.

Seçilən
53
report.az

1Mənbələr