AZ

Putin Zelenski ilə də danışıqlara hazırdır - Peskov minnət qoydu

Rusiya prezidenti Vladimir Putin, o cümlədən Vladimir Zelenski ilə danışıqlara hazırdır.
 
Modern.az TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə qeyd edib ki, , Zelenskinin Ukrayna lideri kimi legitimliyi şübhə altındadır.
 
“Putin özü dəfələrlə deyib ki, lazım gələrsə, Zelenski ilə də danışıqlar aparacaq”, - Peskov xatırladıb.
 
“Eyni zamanda, Zelenskinin özünün legitimliyinə meydan oxumaq imkanından danışan reallıq nəzərə alınmaqla, razılaşmaların hüquqi qeydiyyatı ciddi müzakirə obyektidir”, - Kreml nümayəndəsi əlavə edib.
Seçilən
17
11
moderator.az

10Mənbələr