AZ

Ailəsi ilə yaşadığı problemlərə görə xəstəxanalıq olan Özcan Dənizin son vəziyyəti açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ailəsi ilə yaşadığı problemlər səbəbindən xəstəxanaya yerləşdirilən məşhur türkiyəli musiqiçi və aktyor Özcan Deniz özünü artıq yaxşı hiss edir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o özünün sosial media hesabından xəbər verib.
"Çəkiliş zamanı ürək çatışmazlığı yaşadım. Sağ olsun həkimim, əziz Bingür Sönməzin müdaxiləsi və canım, həyat yoldaşımın evdə göz bəbəyi kimi baxması ilə hər şey arxada qaldı. Çox yaxşıyam və hər şey qaydasındadır", - deyə o paylaşımında bildirib.
Xatırladaq ki, məşhur aktyor rol aldığı "Kızıl Goncalar" serialının çəkiliş meydançasında huşunu itirib. Təcili yardımla xəstəxanaya çatdırılan Özcan Denizin infarkt keçirdiyi məlum olub. İlk müdaxilədən sonra koronar angioqrafiya (anju) edilən ulduz aktyor iki həftə sonra yenidən xəstəxanaya gedəcək və ürəyindəki tıxanmış damara stent qoyulacaq.
Özcan Deniz hazırda evə buraxılıb.
Aktyorun bu vəziyyətə düşməsinə səbəb anası ilə yaşadığı problemlərdir. Belə ki, Kadriyə Deniz oğlu Özcan və gəlini Samar Dadgari barəsində uzaqlaşdırma və qoruma tədbiri istəyib. Bununla əlaqədar məhkəmə prosesi başlayıb.
Anasına sosial media hesabından cavab verən Özcan Deniz ona "Ənfal" surəsi 30-cu ayəni paylaşaraq reaksiya göstərib: "(Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxarıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!"
Seçilən
54
33
oxu.az

10Mənbələr