AZ

Azərbaycan və Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 18-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusla görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisi fevralın 21-dək davam edəcək.

Seçilən
12
3
poliqon.az

4Mənbələr