"Hakimləri mühakimə edən tək mən deyiləm. Onlar da insandırlar, səhv buraxa bilərlər. Nöqsanlara yol verəndə, hakimləri çox tənqid edirlər, ancaq onlar oyunları yaxşı idarə edəndə, heç tərifləmirlər də".
Offsideplus.az xəbər verir ki, bu sözləri Madridin "Real" klubunun kapitanı Federiko Valverde deyib.
Uruqvaylı yarımmüdafiəçi Çempionlar Liqasının "Mançester Siti"yə qarşı cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib. O, baş məşqçi Karlo Ançelottidən fərqli olaraq, hakimlər haqqında yumşaq danışıb: "Yeganə düşündüyüm məqam komandanın kapitanı kimi üzərimə düşən funksiyanı yerinə yetirmək, əlimdən gələni əsirgəməmək və mövsümün sonunda mümkün qədər çox titul qazanmaqdır. İstəyirəm ki, məni düzgün başa düşsünlər. La Ligaqa "Real"ın başına gətirilən oyunları bütün dünya görür. Mən bunu unutmuram. Əgər bu gün hakimlər haqqında danışmaq istəmirsə, bu o demək deyil ki, biz əziyyət çəkmirik. Sadəcə, mən diqqətimi sabahkı oyuna cəmləmişəm".
Qeyd edək ki, "Real"ın rəhbərliyi, futbolçu və məşqçi heyəti La Liganın son turunda "Osasuna" ilə görüşdə Cud Bellinqemə haqsız yerə qırmızı vərəqə göstərildiyini əsas gətirərək, hakimlərə qarşı sanki müharibə elan ediblər.