İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü il üçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Adları açıqlanan şirkətlər arasında Veysəloğlu Şirkətlər Qrupuna aid olan biznes subyektləri "Araz Supermarketlər Şəbəkəsi", "Oba Marketlər Şəbəkəsi" və "Veysəloğlu MMC” yer alır.
Mia.az-ın məlumatına görə, Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan bu şirkətlərin dövlətə ödədiyi vergi məbləğinin ümumi həcmi 75,7 milyon manat təşkil edir.
Siyahıdan göründüyü kimi, "Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti 36,7 milyon manat, "Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti 23,5 milyon manat, "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyət isə dövlət büdcəsinə 15,5 milyon manat vergi ödəyib.