Bakı. Trend:
Xəbər verildiyi kimi, Ermənistanın hərbitəcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması vəaparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma,habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorlaələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlərtörətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarıArayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan,Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olancinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-dədavam etdirilib.
Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər ZeynalAğayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarəttərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasındatəqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi,habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi,onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamınımüdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adındanzərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri RüfətMəmmədov iştirak ediblər.
Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin olunub.
Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin hər birinəonlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyəti, onlaraistinad edilən əməllərin hüquqi tövsifi və həmin əməllərə görəcinayət qanunu ilə nəzərdə tutulan cəzaların izah olunması, irəlisürülmüş ittihamlar üzrə özlərini təqsirli bilib-bilməmələrinə dairsualların aydınlaşdırılması ilə davam etdiriləcək.
Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.