AZ

Paytaxtın bu ərazisində qaz kəsiləcək

Sabah Bakının Binəqədi rayonunun bir neçə küçəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə "Cebheinfo.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yaşayış binasının qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə S.S.Axundov, K.Kunanbəyov, Aydınbəyov və İ.Hacıyev küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Cebheinfo.az"

Seçilən
76
44
cebheinfo.az

10Mənbələr