AZ

Bu avtobusların hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLDİ

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 17 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Demokratikmusavat.com a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilir ki, 17 nömrəli marşrut:

"Nəriman Nərimanov" metrostansiyası istiqamətində Fətəli xan Xoyski küçəsi - Əhməd Rəcəbli küçəsi - Təbriz küçəsi ("Nəriman Nərimanov" metrostansiyası) - Əhməd Rəcəbli küçəsi (son dayanacaq);

Yeni Yasamal yaşayış massivi istiqamətində isə Əhməd Rəcəbli küçəsi (son dayanacaq) - Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) - Əhməd Rəcəbli küçəsi - Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edir.

24 nömrəli marşrut:

"Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospekti - Əhməd Rəcəbli küçəsi - Uluqbəy küçəsi - Ağa Nemətulla küçəsi - Təbriz küçəsi (son dayanacaq);

Qaraçuxur qəsəbəsi istiqamətində isə Təbriz küçəsi (son dayanacaq) - Əhməd Rəcəbli küçəsi - Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edir.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
15
10
Demokratikmusavat.com

10Mənbələr