Mövsümün əvvəlində ümidləri doğrultmayan, amma sonradan ayağı açılan ''Fənərbaxça''nın mərakeşli forvardı Yussef Ən-Nəsiri son aylarda əla məhsuldarlıq nümayiş etdirir.
''Football-plus.az'' xəbər verir ki, sərgilədiyi performansla fanatların böyük alqışını və sevgisini qazanan 27 yaşlı futbolçu elə sürət yığıb ki, şəxsi rekordunu belə yeniləməyə yaxındı. Bu mövsüm artıq 6 fərqli oyunda dubl edən, Türkiyə çempionatında forma geydiyi son 8 qarşılaşmada 12 qol vuran Ən-Nəsiri ümumilikdə indiyə qədər ''sarı-lacivərdlilər''in heyətində 35 rəsmi oyunda 23 qol, 3 məhsuldar ötürməlik performans sərgiləyib.
Tanınmış futbolçunun şəxsi rekordunu təkrarlamasına cəmi 1 qol qalıb. O, peşəkar karyerasında ən yaxşı mövsümünü 2020/21-də 52 rəsmi oyuna 24 qol vurduğu ''Sevilya''da keçirib. Yəni qalan oyunlarda ən az 2 dəfə fərqlənəcəyi təqdirdə isə Ən-Nəsiri şəxsi rekordunu yeniləyərək peşəkar karyerasının ən məhsuldar mövsümünü keçirmiş olacaq.
Mövsümün sonuna qədər ''Fənər''in hələ ən azı 20 oyun keçirəcəyini nəzərə alsaq, Ən-Nəsirinin bu rekordu yeniləyəcəyi şübhə doğurmur. Bir göstəricidə o artıq indidən rekord qırıb.
Belə ki, Ən-Nəsiri indiyə qədər heç bir mövsümdə 26 qolun vurulmasında yaxından iştirak etməmişdi.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta