Rusiya ilə ABŞ arasında münasibətlər Donald Trampın hakimiyyətə gəlişi ərəfəsində tarixin ən pis dövrünü yaşayırdı.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişinin efirində deyib.
"Yəqin ki, Tramp vəzifəyə gələndən əvvəlkindən daha pis olmayıb",deyə o bildirib.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.
Rusiya Federasiyasını danışıqlar masasında xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov, ABŞ-ı isə milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və Amerika liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib. İqtisadi məsələlərin müzakirəsi zamanı Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev görüşdə iştirak edib.
Danışıqlardan sonra Uşakov “pis getmədiklərini” deyib: Moskva və Vaşinqton ikitərəfli münasibətləri inkişaf etdirməyə və bir-birinin maraqlarını nəzərə almağa razılaşıblar. O əlavə edib ki, tərəflər Rusiya və ABŞ prezidentləri arasında görüş üçün şərait yaratmağa çalışacaqlar. Bundan əlavə, o qeyd edib ki, vaxtında Rusiya və Amerikanın ayrı-ayrı danışıqlar qrupları Ukrayna ilə bağlı təmaslara başlayacaq.
Nigar