AZ

İran prezidenti Tehranda Əli Əsədovu qəbul edib – FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 18-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Doğru.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Məsud Pezeşkiana çatdırıb.

Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib.

3-cü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb.

Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.

DOĞRU.AZ

image-rz1fjodviiufa9rrbgmqkifgsiul1y37t0b1yt9x_640

Seçilən
95
49
dogru.az

10Mənbələr