Milli Məclisin keçmiş deputatı, yazıçı, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmova yeni vəzifə verilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, o, Yasamal Bələdiyyəsinin sədr müavini seçilib.
Bildirilib ki, yanvarın 29-da keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyənin ilk iclası olub. Toplantıda bələdiyyə üzvlərinin siyahısı oxunub və 19 nəfər üzvün iştirakı təsdiqlənib.
Tahir Məmmədov Yasamal Bələdiyyəsinin sədri seçilib. O, bundan əvvəl də həmin vəzifədə çalışıb.