AZ

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"naəsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən MüştərəkQüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "Hərbiəməliyyatların hüquqi aspektləri" mövzusunda kurs keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin açılışındaçıxış edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyəgeneral-mayoru Elçin Əliyev Azərbaycan ilə NATO arasında hərbiəməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür tədbirlərinəhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevinrəhbərliyi ilə ordumuzun son illər ərzində apardığı əməliyyatlarzamanı beynəlxalq hüququn bütün norma və prinsiplərinin qorunduğunuxüsusi qeyd edib.

General-mayor E.Əliyev müdafiə naziri general-polkovnik ZakirHəsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinəBeynəlxalq Humanitar Hüququn (Silahlı Münaqişələr Hüququnun)müddəalarının çatdırılması və əməl edilməsinə nəzarətin qarşıdaduran prioritet vəzifələrdən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, NATO-nun mobil təlim qrupunun təlimatçılarıtərəfindən keçirilən kursun əsas məqsədi Silahlı MünaqişələrHüququnun yaranması və prinsipləri, güc tətbiq etmək üçün hüquqiçərçivə sənədi, sülhə dəstək əməliyyatlarının hüquqi aspektləri,əməliyyatlarda hədəf almanın hüquqi aspektləri, mülki əhalininmüdafiəsi, mədəni sərvətlərin qorunması, rəhbər heyətinməsuliyyəti, NATO missiyalarında qüvvələrin statusu və imtiyazları,həmçinin sülhməramlı əməliyyatlar zamanı beynəlxalq müqavilələrmövzularında təcrübələrin aşılanmasıdır.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun HərbOyunları Mərkəzində təşkil edilən kursda NATO-da beynəlxalqhumanitar hüququn normaları və Silahlı Münaqişə Hüququ üzrə nəzəribiliklərin, o cümlədən xidməti fəaliyyətlər zamanı tətbiqiimkanlarının aşılanması ilə bağlı müxtəlif mövzular tədrisediləcək.

Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlıbrifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlarveriləcək.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
76
43
az.trend.az

10Mənbələr