AZ

DTX əməliyyat keçirib, MİDA-nın adından istifadə edənlər ifşa olunub

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) müraciəti əsasında Azərbaycan vətəndaşı Kənan Urfan oğlu Şərifov Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

 

Senzor.az-ın məlumatına görə, o, digərləri ilə birlikdə Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

 

K.Şərifov barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Seçilən
62
49
senzor.az

10Mənbələr