AZ

Şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb, yaralılar var

Türkiyənin Ərzincan şəhərində məktəbli mikroavtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 11 nəfər yaralanıb.

Avtosfer.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

“Ərzincanda <…> məktəbli servisi mikroavtobusu Erzincan – Çağlayan şosesində hərəkətdə olarkən döngəni düzgün hesablamayaraq suvarma kanalına düşüb”, – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, qəzanı görən vətəndaşlar hadisə yerinə jandarm və təcili tibbi yardım briqadalarını çağırıblar.

Qəzada yaralanan sürücü və nəqliyyat vasitəsindəki 10 şagird şəhər xəstəxanasına aparılıblar. Müalicəyə alınan yaralıların həyati təhlükəsinin olmadığı açıqlanıb.

Xatırladaq ki, fevralın 15-də Manisada baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölmüşdü.

Seçilən
28
3
avtosfer.az

10Mənbələr