Fevralın 1-də Bataysk şəhərinin Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsini icra edən Vissarion Tonoyan qardaşı və bir xanımla Rostovdakı ICON klubunda istirahət edərkən sərxoş vəziyyətdə dava salıb.
Sitat.info axar.az-a istinadən bildirir ki, Tonoyan barmenin başını butulka ilə vurmaqla hədələyib və administrator münaqişəni həll etmək istəyəndə, polis bardakı içkiləri onun üzərinə atıb.
Hazırda sözügedən klubun sahibi təhdid edildiyini bildirir:
"Öz həyatım üçün, sevdiklərimin həyatı üçün çox qorxuram. Bütün işçilərim kimi. Çünki təhdidlər realdır".
O, bu günə kimi heç bir cinayət işinin açılmadığını deyib.
Müəssisə sahibinin sözlərinə görə, Tonoyan vurğulayıb ki, bu davaya görə ona heç nə olmayacaq və o, hər şeyi həll edəcək.