AZ

Alimlər tarixi tapıntıya imza atdı

Polşada aşkar edilmiş ilk dəmir dövrünə aid bəzək əşyalarında meteoritlərdən gələn dəmir tapılıb. Metbuat.az xəbər verir ki, Polşadakı qədim qəbiristanlıqda tapılan bəzək əşyalarının tərkbində meteorit dəmiri olduğu aşkar edilib. “Journal of Archaeological Science: Reports”da dərc edilən araşdırmaya görə, bu tapıntı meteoritdən əldə edilən dəmir məmulatlarının ən böyük kolleksiyalarından birini təşkil edir.

Alimlər hesab edirlər ki, eramızdan əvvəl 750-600-cü illər arasında yaşamış Lusat mədəniyyətinin nümayəndələri zərgərlik məmulatlarında xüsusi naxışlar yaratmaq üçün meteoritlərdən əldə edilən dəmiri əridib istifadə ediblər. Tapıntılar onu deməyə əsas verir ki, Polşanın qədim sakinləri dəmirlə işləməyi elmə məlum olandan xeyli əvvəl bilirmişlər.

Seçilən
35
metbuat.az

1Mənbələr