Vaşinqton, 19 fevral, AZƏRTAC
ABŞ Senatı Hovard Lutniki ticarət katibi vəzifəsinə təsdiqləyib. AZƏRTAC-ın məlumatına görə, 51 lehinə, 45 əleyhinə səslə o, Ticarət Departamentinin yeni rəhbəri olub.
Biznesmen olan Hovard Lutnik “Cantor Fitzgerald” investisiya şirkətinin baş direktorudur.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton