AZ

Tramp fevralın sonunadək Putinlə görüşəcəyini güman edir

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimalından çıxış edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ lideri yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandırarkən təsdiqləyib. Bu, Trampın Florida ştatının Vest-Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş verib.

ABŞ Prezidentindən Putinlə görüşünün ayın sonuna qədər baş tutacağını hələ də gözləyib-gözləmədiyinə aydınlıq gətirməsi istənilib. “Yəqin ki,” - Tramp cavab verib.

O, məsələ ilə bağlı əlavə şərh verməyib.

Seçilən
16
2
far.az

10Mənbələr