İki futbolçu “Real”dan ayrılmaq istəyir.
Publika.az xəbər verir ki, bunlar türkiyəli cinah oyunçusu Arda Gülər və braziliyalı hücumçu Endrikdir.
Bu barədə “Fichajes” məlumat yayıb. Onlar baş məşqçi Karlo Ançelottinin onlara verdiyi oyun vaxtından narazıdır. İki gənc istedad daha çox oyun vaxtı əldə etmək istəyir.
Bu mövsüm Endrik klub səviyyəsində 22 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.