Xatırlayırsızsa, hələ ötən ilin oktyabrında “Kəpəz”in yeni sponsorla anlaşdığı, həmin şirkətin adını bir müddət gizli saxlamaq istəsə də, kluba ciddi maliyyə dəstəyi göstərəcəyini yazmışdıq.
Nəhayət, “sarı-göylər” bugünlərdə məlumatı təsdiqlədi və tezliklə ictimaiyyətə daha ətraflı bilgi veriləcəyini bildirdi.
“Football-plus.az” məsələylə bağlı yeni bilgilər əldə edib.
Belə ki, həmin şirkət kluba tam sahib olmaq istəyir.
Sənədləşmə işləri bitəndən sonra Gəncə təmsilçisinin həm təsisçisi, həm də sahibi məhz həmin şirkətin rəhbəri olacaq. Tezliklə tərəflər arasında rəsmi anlaşma baş tutacaq. Təqdimatın martın 10-na qədər reallaşacağı gözlənilir.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta