2024-cü il ərzində sahibkarların 5722 layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 248,1 milyon manat güzəştli kredit verilib.
Bu barədə Marja Fonda istinadən xəbər verir.
Bu dövr ərzində Fondun güzəştli kreditlərindən 472 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 18,7 milyon manat güzəştli kredit verilib.
Bununla yanaşı, sözügedən dövr ərzində 170 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 7 milyon manat güzəştli kredit əldə edib.