ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Maskın maraqları toqquşduğu halda dövlət proqramlarında iştirakına icazə verilməyəcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib .
"Mən İlona dedim: Maraqlar toqquşması olarsa, siz dövlət proqramlarında iştirak edə bilməzsiniz", - Tramp bildirib.
Amerika lideri qeyd edib ki, bu, kosmik proqrama da aiddir.
Milli.Az