Vəkillər kollegiyasından xaric edilmiş, bu yaxınlarda isə dərs dediyi BDU-dan qovulmuş, Adəm Məmmədov barəsində vətəndaşların şikayətləri mətbuatda yayımlanmaqda davam edir. Bunları vocap vasitəsi ilə bizə yazan Z. Abbasov Adəm Məmmədovun onun başına açdığı dələduzluqdan danışdı. Belə ki, Z.Abbasovun bildirdirir ki, Şirin Abasov adlı şəxsin vəkilə etiyyacı olduğuna görə, onu Adəm Məmmədovla tanış etmişdir. Məqsəd isə Şirin Abasovun vəkil kimi onun hüquqi yardımından yararlanacağı idi. Bir müddət keçir, Şirin adlı vətəndaş Adəm Məmmədova külli miqdarda pul verir ki, məhkəmədə olan işlərini həll etsin. Lakin Adəm Məmmədov işi düzəldəcəyinə söz versə də vədinə əməl eləmir. Nəticədə Adəm Məmmədov Şirin Abasovun küllü miqdarda pulunu mənimsəyir. Bunu Z.Abbasov öz məlumatında iddia edir.
"Şirin Adəmə pulu mənim vasitəmlə verdi. Qeyd edim ki, Binəqədi rayon məhkəməsinə Adəm Məmmədov həmin puldan 15 min manat rüşvət vermişdi ki, Şirin Abasovun oğlunu tutmasınlar. İş Apelyasiya məhkəçəsinə qədər getdi çıxdı, sonda Şirinin oğlunu tutdular. Mən Adəmə buldirdim ki, pulları geri qaytarsın. Adəm Binəqədi rayon məhkəməsinin Fərid adlı hakiminə zəng edərək 15 mini geri aldı. Mən Şirinə 25 min pul qaytardım. Sonra Şirin məndən şikayət etdi və mənə qarşı 23500 manat iddia tələbi qoydu. Mən Adəmdən pulu istədikdə Adəm mənə dedu ki, qorxma sənə heç nə edə bilməzlər...
Və nəticədə məni həbs etdilər. Həbsdə olan ərəfədə Adəm mənə ismarıc göndərib bildirdi ki, vəkildir, onun adını bu işdə hallandırmayım, pulların qalanını da qaytaracaq. Mən isə həbsdən azad olmaq üçün məcbur oldub Şirinin tələb etdiyi məbləği ona verdim.
Xatırladım ki, indi Adəm mənə verəcəyi puldan imtina etdi. Ona əfələrlə mesaj da yazdım, hətta bir dəfə onula görüşdüm biz mübahisə etdik, hətta, əlbəyaxa davasına qədər çıxdıq. Sonda Adəm mənə 5 min manat verərək pulun qalan hissəsini də tez bir zamanda qaytaracağına söz verdi. Təəssüflər olsun ki, verdiyi sözə əməl etmədi. Haqsıslıqğa dözə bilmirdim. Mən çox əsəbləşdim və nəticədə açıq ürək əməliyyatına məruz qaldım."-deyə redaksiyaya müraciət edən Z.Abbasov mətbuat vasitəsi ilə hüquq-mühafizə orqanlarına onun şikayətini çatdırmasını xahiş edir.
P.S. Redaksiya olaraq məsələ ilə əlaqədar sadalanan faktlara Adəm Məmmədovun nəzərində cavab axtarmağa çalışacağıq. Çox təəssüflər olsun ki, zənglərimizə cavab verilmədi.