AZ

Füzulidə traktorla maşın toqquşdu: azyaşlı öldü

Füzulidə traktor minik avtomobili ilə toqquşub.

News24.az xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Xəyyam İlham oğlu Məmmədov idarə etdiyi “Mersedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Əmrah İbrahim oğlu Məhərrəmovun “Belarus 892” markalı traktorla toqquşub.

Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır./Publika.az


Seçilən
44
21
news24.az

10Mənbələr