2024-cü ilin ilkin məlumatlara əsasən bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148.9 saat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 saat azdır.
2023-cü ilin ilkin məlumatlara əsasən bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149.2 saat
Azərbaycanda ən çox işləyənlər dövlət idarəetməsi və müdafiə, həmçinin sosial təminat sahələrində çalışanlardır. Bu sahələrin işçiləri ay ərzində orta hesabla 157.1 saat işləyirlər ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.3 saat çox olub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı, o cümlədən tikinti sahəsində orta hesabla bu göstərici 154,4 saat təşkil edib. Tikinti sahəsində 0,1 saat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 1,3 saat azalma baş. verib.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində müddət 2,1 saat artaraq orta hesabla 153,9 saata yüksəlib, informasiya və rabitə sahəsində 2,2 saat azalaraq 146,9 saata düşüb.
Daha ətarflı aşağıdakı cədvəldə
Bir işçiyə düşən orta aylıq işlənmiş | |||
İqtisadi fəaliyyət növləri | 2024 | 2023 | İllik müqayisə |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 151.1 | 151.4 | -0.3 |
Mədənçıxarma sənayesi | 147.2 | 148.5 | -1.3 |
Emal sənayesi | 147.9 | 148.4 | -0.5 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 152.9 | 154.2 | -1.3 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 154.6 | 154.7 | -0.1 |
Tikinti | 154.6 | 152.6 | 2 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 155.2 | 154.7 | 0.5 |
Nəqliyyat və anbar təsərrüfatı | 144.7 | 145.7 | -1 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 153.9 | 151.8 | 2.1 |
İnformasiya və rabitə | 146.9 | 149.1 | -2.2 |
Maliyyə və sığorta fəaliyyəti | 152.4 | 152.9 | -0.5 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 144.7 | 145.6 | -0.9 |
Peşə, elmi və texniki fəaliyyət | 143.6 | 144.4 | -0.8 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 150.9 | 152.5 | -1.6 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 157.1 | 156.8 | 0.3 |
Təhsil | 140.6 | 141.8 | -1.2 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 142.2 | 142.8 | -0.6 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 152.1 | 153 | -0.9 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 140.6 | 141.1 | -0.5 |