AZ

Azərbaycanda qızıl istehsalı 90%-ə yaxın artıb


2025-ci ilin yanvar ayında Azərbaycanda 236.2 kq qızıl, 375.8 kq isə gümüş istehsal edilib.

Bakupost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 88.5%, gümüş istehsalı isə 32.6% artıb.


Qeyd edək ki, 2025-cü il fevral ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 207.4 kq və 625.9 kq təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib

Seçilən
14
8
bakupost.az

9Mənbələr