Cari ilin yanvar ayında Azərbaycana 4 min 91 ton ət idxal edilib.
Bu miqdarda məhsulun idxal dəyəri 9,1 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalının miqdarı 319 ton və ya 7,2% azalıb, dəyəri isə 551 min ABŞ dolları, yaxud da 6,5% artıb.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycana idxal olunan 4 min 410 ton ətin dəyəri 8,5 milyon ABŞ dolları olub.
Ət idxalının ötən ay üzrə ümumi idxalda payı 0,44% təşkil edib.
Qeyd edək ki, ötən ay ticarət dövriyyəsinin 3 milyard 38 min dolları ixracın, 2 milyard 52 milyon dolları idxalın payın düşüb ki, bunlar illik müqayisədə müvafiq olaraq 1 milyard 195 milyon dollar (64,8%) və 910 milyon dollar (79,7%) çoxdur. Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.
// APress.az