AZ

Hacıyev: “Rəqabətdən qorxan deyiləm” (MÜSAHİBƏ)

“Turan Tovuz”un futbolçusu Faiq Hacıyevin “Futbolpress.az“a müsahibəsi:

– “Araz-Naxçıvan”la görüşdə mühüm qələbə qazandınız (1:0). Oyunu necə şərh edərdin?
– Çətin oyun olacağını bilirdik. Həftəboyu bu görüşə hazırlaşmışdıq. Oyunumuzu daha artırıb, qarşıdakı matçlarda da yaxşı oynamağa çalışacağıq.

– Avrokuboklar yolunda əsas rəqiblərdən birini məğlub etdiniz. Matçdan öncə üzərinizdə təzyiq yox idi?
– Hər qazanılan xalın xüsusi önəmi var. Bu qələbə bizi “Araz-Naxçıvan”a biraz da yaxınlaşdırdı. Təzyiq yox idi, amma başa düşürdük ki, qələbə bizi daha yaxşı yerlərə apara bilər.

– Növbəti turda “Şamaxı” səfəri var. Gözləntilər nədir?
– Hədəf qələbədir. Oyuna hazırlaşacağıq. Hər matçda olduğu kimi bu görüşə də qələbə üçün çıxacağıq.

– Premyer Liqada yeni mövsümdə legioner limiti olmayacaq. Bu, yerli oyunçu kimi səni narahat etmir?
– Qərar verilib və bu haqda danışmaq nəyisə dəyişmir. Daha çox çalışıb, formanı qazanmalıyıq.

– Komandadakı mövqeyini itirmək qorxusu yoxdur?
– Rəqabətdən qorxan deyiləm. Düzgün rəqabət olan yerdə kim daha yaxşıdırsa, o da oynayacaq.

Şahin Cəfərov

Seçilən
35
futbolpress.az

1Mənbələr