AZ

“Bizimləsən” verilişindən tanınan Aslanla Aygün ailə qurdu – VİDEO

"Bizimləsən" verilişinin tamaşaçılarının yaxşı tanıdığı Aslan və Aygün bu gün rəsmi olaraq ailə həyatı qurublar. Cütlüyün toy mərasimi səmimi və duyğusal anlarla yadda qalıb.

Lakin toy məclisində üzücü bir məqam da yaşanıb.

Day.Az Yenisabah.az-a istinadən xəbər verir ki, gəlin Aygünün ailəsindən heç kim onun bu xoşbəxt günündə iştirak etməyib. Gözlənilməz vəziyyət gənc gəlinin duyğularına hakim ola bilməməsinə səbəb olub və o, göz yaşlarını saxlaya bilməyib. Toy iştirakçıları Aygünü sakitləşdirməyə çalışsalar da, ailəsinin yoxluğu onun üçün ağır məqam olub.

Buna baxmayaraq, bəy Aslan və digər qonaqlar gəlinin yanında olaraq ona dəstək olmağa çalışıblar. 

Sosial şəbəkələrdə paylaşılan görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Bəziləri Aygünün kədərinə ürək yanğısı ilə yanaşaraq ona dəstək mesajları yazıb, digərləri isə cütlüyə xoşbəxtlik arzulayıb.

Seçilən
4
1
day.az

2Mənbələr