Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 700 min dəfə istifadə edilib. 26,1 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 50-dən çox xidmət proaktiv, geniş funksional imkanlara malik "e-sosial" portalı, "Əmək və Məşğulluq" altsistemi fəaliyyət göstərir.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2025-ci ilin yanvar ayında Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 36 milyon olub.