AZ

Bakıda orta əməkhaqqı 7 %-dən çox artıb » AzadMedia.az


Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255,5 manat təşkil edib.

Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 996,8 manat təşkil edib.
Seçilən
83
40
azadmedia.az

10Mənbələr