AZ

Natalya Koçanova: Belarus APA-ya müşahidəçi kimi qəbulu üçün dəstək gözləyir

Belarus Asiya Parlament Assambleyasına (APA) müşahidəçi kimi daxil olması üçün tərəflərdən dəstək gözləyir.

“Report” xəbər verir ki, bunu Belarus parlamentinin sədri Natalya Koçanova qurumun fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Belarus çoxvektorlu xarici siyasət aparan sülhsevər dövlətdir:

"Biz dostluq və qonşuluq münasibətlərinə ciddi diqqət yetiririk. Beynəlxalq qurumlara üzv olmaq iqtisadi əlaqələrin genişləndirilməsinə, mədəni əlaqələrin inkişafına böyük töhfə verib. XXI əsrdə bölünməz dünya qurmaq çox vacibdir. Ona görə də bir ölkənin daxili işlərinə kənar qüvvələrin təsir göstərə bilməməsi üçün birlikdə strategiya hazırlamalıyıq".

Seçilən
42
report.az

1Mənbələr