AZ

Naxçıvanda ümumtəhsil müəssisələrindəki STEAM otaqlarına yeni avadanlıqlar verilib

Naxçıvan, 19 fevral, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq muxtar respublikanın ümumtəhsil müəssisələrində 50 yeni STEAM otağının yaradılması, 154 təhsil müəssisəsində isə mövcud olan STEAM otaqlarının avadanlıqlarla zənginləşdirilməsi nəzərədə tutulur. Dövlət proqramının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tender yolu ilə alınan avadanlıqların təhsil müəssisələrinə təhvil verilməsinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilk olaraq 154 təhsil müəssisəsindəki STEAM otaqlarının zənginləşdirilməsi üçün arduino, arduino superkid, flament, 3D qələmlər, arduino nano, məsafə sensorları, optik sensorlar, günəş paneli, servo mator və digər avadanlıqlar təhsil müəssisələrinə təhvil verilib. Bu avadanlıqlar təhsil müəssisələrində STEAM təhsili üzrə şagirdlərin əyani vəsaitlərdən istifadə edərək, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, STEAM dərsləri cari tədris ilindən IV-IX sinif şagirdləri üçün tədris olunur. Yaxın günlərdə ümumtəhsil müəssisələrində 50 yeni STEAM otağının yaradılmasına da başlanılacaq.

Seçilən
3
5
azertag.az

6Mənbələr