AZ

"Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı inkişaf edib" -

“Azərbaycan və Türkiyə liderlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər və səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyə xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür”. Metbuat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masada deyib. O bildirib ki, Memorandum iki ölkə arasında media əməkdaşlığını inkişaf etdirib, bilik və təcrübə mübadiləsini genişləndirib, informasiya axınını artıraraq birgə layihələr üçün möhkəm zəmin yaradıb: “Son illərdə bir sıra mühüm layihələr həyata keçirilib, media subyektləri üçün peşəkarlıq artıran təlimlər təşkil olunub. 2021-ci ildə Ankarada keçirilən “Hərbi jurnalistika” təlimi, “Mediada gender bərabərliyi”, “COP29 və dayanıqlı media” kimi proqramlar bunun bariz nümunəsidir. Bundan başqa, 2021-ci ildən Azərbaycan hər il Türkiyədə keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində geniş nümayəndə heyəti ilə təmsil olunur. 2022-ci ildə Şuşada keçirilən Beynəlxalq Media Forumu və onun 2023-cü ildən etibarən Şuşa Qlobal Media Forumu formatında davam etdirilməsi, eləcə də Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ilə sıx əməkdaşlıq ölkələrimizin media sahəsində tərəfdaşlığının inkişafına mühüm töhfə verib”, - deyə Ə.İsmayılov qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
28
metbuat.az

1Mənbələr