AZ

Ötən il 1427 yol nəqliyyat hadisəsi baş verib

Ötən il Azərbaycan yollarında 1427 yol nəqliyyat hadisəsi baş verib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu qəzaların 189-u magistral yollarda, 1238-i yaşayış məntəqələrində qeydə alınıb.

Yol qəzalarının 574-ü gündüz vaxtı, 305-i toran vaxtı, 548-i isə gecə vaxtlarında baş verib.

Qəzalarda ümumilikdə 764 nəfər ölüb, 1118 nəfər isə xəsarət alıb.

Seçilən
64
6
sia.az

7Mənbələr