AZ

Kreml: Putinlə Trampın görüşünə hazırlaşmaq üçün vaxt lazımdır

Putinlə ABŞ Prezidenti Donald Trampın görüşünə hazırlaşmaq üçün vaxt lazımdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin-Tramp görüşü fevralın sonuna kimi də, gec də baş tuta bilər.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya ilə ABŞ arasında münasibətlərin əvvəlcə reanimasiyasına, sonra isə bərpasına ehtiyac olacaq.

"ABŞ ilə münasibətlərin bərpasında ilk addım atılıb, nəticə çıxarmaq isə hələ tezdir, amma əhval-ruhiyyə işgüzardır. Rusiya Federasiyası və ABŞ dünən ilk növbədə öz münasibətlərini müzakirə ediblər. Ölkələr arasında münasibətlərdə hər şeyi bir gündə düzəltmək mümkün deyil", - deyə Peskov vurğulayıb.

Seçilən
16
4
apa.az

5Mənbələr