AZ

“Qazandığım hər şeyi “Barselona”ya borcluyam” – Yamaldan “yaşıl işıq”

“Kiminsə mənim nə qədər böyük “Barselona” fanatı olduğuma və bu klubda nə qədər qalmaq istədiyimə şübhə etdiyini düşünmürəm. Əgər hər iki tərəf nəyinsə olmasını istəyirsə, bu, mütləq baş verəcək”.

Msportaz xəbər verir ki, bu sözləri “Barselona”nın hücuma meyilli yarımmüdafiəçisi Lamin Yamal yeni müqavilə barədə danışarkən deyib.

17 yaşlı vinger uzun illər Kataloniya təmsilçisində qalacağına işarə vurub: “Mən qazandığım hər şeyi “Barselona”ya borcluyam”.

Yamal bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 11 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
44
13
msport.az

10Mənbələr