AZ

Cəmiyyət Eyvaz Qurbanov, Heydər Əsədov adında deputat tanımır, təqsir kimdədir…

Milli Məclisin deputatı olmaq olduqca şərəfli işdir. Seçilmək, seçiciləri təmsil etmək, onlara xidmət etmək xüsusi bir missiyadır.

Amma mandat qazanmış bəzi deputatlar nədənsə bu missiyanın mahiyyətini dərk edə bilmir, ya da dərk etmək istəmirlər. Belə olanda da itirən daha çox seçicilər olur.

Təsəvvür edin, adam seçkidən öncə insanlara vəd edir ki, telefonu 24 saat açıq olacaq. Seçki bitir, deputat seçilir, vəd də unudulur. Nəticədə seçici nəinki 24 saatda, hətta həftə və aylarla o deputatı tapa, əlaqə yaradıb danışa, dərdini ərz edə bilmir.

Hokm.az modern.az- a istinadən xəbər verir ki, 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsinin deputatı Eyvaz Qurbanov bundan öncə icra başçısı işləyib. Hiss olunur ki, Eyvaz müəllim hələ də icra başçısı stereotiplərindən xilas ola bilməyib və keçmişdə yaşayır..

“Cənab başçı, orda oturma, burda otur” kimi məqamlar hələ də onu tərk etməyib.

Yoxsa 2024-cü ilin sentyabrından bu yana cənab deputat Eyvaz Qurbanov heç olmasa bircə dəfə telefon zənginə deyil, mesaja cavab verərdi.

Görünür, Eyvaz müəllim hələ də icra başçısı stereotiplərilə yaşayır..

Dərddir, böyük dərd..

“24 saat telefonum açıq olacaq” deyən deputatın səsinə yəqin ki, onun öz seçiciləri də həsrət qalıb.

“Allah kömək olsun” deməkdən başqa çarə qalmır.

Amma qanunverici orqanda təmsil olunan səlahiyyətli şəxsin elə qanunlar qarşısında öhdəlikləri var.

Sadalayaqmı, hər halda Eyvaz Qurbanovun buna ehtiyacı yoxdur, çünki icra baçısı olmazdan əvvəl də deputat olub. Bunları yaxşı bilir.

Şübhə etmirik ki, hər dəfə ona telefon zəngi gələndə başçı olduğu günləri yada salaraq əsəbləşir.

Əsəbləşməyin, cənab başçı, pardon, hörmətli deputat, seçicilər sizi gözləyir.

Jurnalistlərə cavab verməyin, bunu saymazlıq, yekəxanalıq kimi qəbul edirik, heç olmasa vəd verdiyiniz seçicinizi eşidin.

İşiniz avand olsun.

Amma unutmayın, indi əvvəlki zaman deyil, həmkarlarınıza baxın, ibrət götürün.

Hər gün seçicilərinin yanında olan, ölkə mediasına açıq, parlamentdə çıxış edən deputatları deyirik.

Heydər Əsədov kimi həmkar demirik ha… O, sizdən də betərdi.

Əslində, indi cəmiyyətdə kimsə Eyvaz Qurbanov, Heydər Əsədov adında deputat tanımır. İnanın ki, bu fikrin formalaşmasında təqsir cəmiyyətdə deyil.

Seçilən
7
5
hokm.az

6Mənbələr