Kreml Vaşinqtonla Ukrayna üzrə danışıqlarda ABŞ öz nümayəndəsini təyin edəndən sonra Moskvanın öz əsas danışıqçısının adını çəkəcəyini açıqlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vladimir Medinskinin Ukrayna ilə bağlı danışıqlarda iştirakının mümkünlüyü prezidentin qərarından asılıdır: “Əvvəl Amerika tərəfi Ukrayna məsələlərində bizimlə əsas danışıqlar aparan şəxsin kim olacağı barədə məlumat verəcək. Amerika tərəfi öz adamını verəndən sonra onun kim olacağından asılı olaraq prezidentimiz bizim nümayəndə ilə bağlı qərar verəcək”.
Kremlin sözçüsü ABŞ ilə danışıqların Ukraynadakı vəziyyətin gələcək nizamlanması üçün çox mühüm addım olduğunu vurğulayıb.