AZ

Ölkə sığorta sektorunda gender müxtəlifliyi

Finss.az - Sığorta sektoru, xüsusilə korporativ idarəetmənin inkişafı baxımından müxtəlif çağırışlarla üzləşir.

ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) faktorlarının inteqrasiyası bu sektorda hələ də məhdud səviyyədədir. Bununla yanaşı, bəzi şirkətlər bu prinsiplərin idarəetmə sistemlərinə tətbiqinə dair müsbət addımlar atmışdır. Məsələn, direktorlar şurası (DŞ) tərəfindən dayanıqlı maliyyə investisiyaları və risklərin idarə edilməsi üzrə vəzifə və səlahiyyət bölgüsü yalnız iki şirkətdə həyata keçirilib. Bu, ESG prinsipinin qərar qəbuletmə prosesində daha da prioritet halına gəlməsini təmin edə bilər.

Bundan başqa, beş şirkət DŞ-nin üzvlərindən ən azı birinin ESG riskləri və imkanları ilə bağlı təlimlərdə iştirak etdiyini vurğulayıb. Bu, təlimin şirkətlərin uzunmüddətli dayanıqlılığını artırmağı hədəfləyən bir yanaşmanın göstəricisidir. Ancaq bu addımların sektorda genişlənməsi üçün daha çox iş görülməlidir.

Sığorta sektorunda gender müxtəlifliyi məsələsində də bəzi müsbət göstəricilər var. Qadınlar ümumi işçi heyətinin 43%-ni təşkil edir, son 12 ayda işə qəbul olunanların isə 47%-ni qadınlar təşkil edir. Bu da sektorda gender bərabərliyinin təmini istiqamətində irəliləyişin olduğunu göstərir. Lakin, departament və şöbə rəhbərləri səviyyəsində qadınların təmsilçiliyi 31%, direktorlar şurası (DŞ) və idarə heyəti (İH) səviyyəsində isə müvafiq olaraq 14% və 23%-dir. Bu rəqəmlər, digər maliyyə sektoru seqmentləri ilə müqayisədə daha qənaətbəxş olsa da, gender bərabərliyinin daha da gücləndirilməsi üçün hələ də ciddi addımların atılması vacibdir.

Korporativ idarəetmədə ESG faktorlarının inteqrasiyası və gender müxtəlifliyinin təmin edilməsi, yalnız sığorta sektoru üçün deyil, ümumilikdə iqtisadiyyatın davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahədə atılacaq daha genişmiqyaslı addımlar, sektorda dayanıqlı və sosial məsuliyyətli idarəetmə praktikasının inkişafına gətirib çıxara bilər.

Seçilən
13
8
fins.az

9Mənbələr