AZ

İşçi qrupun rəhbəri: Belarus Azərbaycanla müxtəlif sahələr üzrə birgə müəssisələr yaratmalıdır

Azərbaycan və Belarus tibb, energetika, ağac emalı və yüngül sənaye sahələrində birgə müəssisələr yaratmalıdır.

“Report” “Belarus Seqodnya”ya istinadən xəbər verir ki, bunu Belarus-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Mixail Rusiy bildirib.

O vurğulayıb ki, ölkələr arasındakı münasibətlər yüksək səviyyədədir.

M.Rusiy bildirib ki, Minsk və Bakı əməkdaşlığın gələcək inkişafı üçün perspektivli istiqamətlər müəyyən edib: "Bizə tibb, energetika, ağac emalı, ayaqqabı və yüngül sənaye sahələrində birgə müəssisələr lazımdır. Aqrar-sənaye kompleksinin inkişafı ayrıca bir bənd kimi durur. Meyvə-tərəz məhsulları üzrə sıx işləməliyik. Düşünürəm ki, bütün bu məsələləri hazırkı səfər zamanı və gələcəkdə müzakirə edəcəyik. Bundan əlavə, həkimlər tibbi preparatların birgə istehsalını xahiş ediblər".

Onun sözlərinə görə, çoxdan qaldırılan, lakin ciddi şəkildə irəli aparılmalı olan daha bir mövzu neft-kimya, kompleks gübrələrin istehsalı sahəsində qarşılıqlı əməkdaşlıqdır: "Belarusda işlənmiş texnologiyalarımız var - həm Belarus Kalium Kombinatında, həm də Qomel Kimya Zavodunda. Hər hansı bitki, meyvə üçün mineral gübrələr yarada bilərik".

Qeyd edək ki, Belarus parlamentinin nümayəndə heyəti Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edir.

Seçilən
23
42
report.az

10Mənbələr