AZ

İsraildən qaçırılan iki yaşlı uşaq HƏMAS əsirliyində ÖLÜB – FOTO

İsraildən qaçırılan iki yaşlı uşaq HƏMAS əsirliyində ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

HƏMAS yaraqlıları cümə axşamı, fevralın 20-də terrorçular tərəfindən qaçırılan uşaqların ən kiçiyi olduğu güman edilən iki yaşlı Kfir Bibasın da daxil olduğu dörd ölü girovun cəsədlərini İsrailə təhvil verəcəklərini açıqlayıb.

Bibas ailəsi – Yarden (35), həyat yoldaşı Şiri (33) və uşaqları Ariel (5) və Kfir (2) – 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS silahlıları tərəfindən əsir götürülüb.

Bir neçə həftə sonra terrorçular Şiri və onun oğullarının (hər üçü Almaniya vətəndaşı idi) İsrailin hava hücumu nəticəsində öldürüldüyünü iddia ediblər. Lakin İsrail hakimiyyəti bu günə qədər bu məlumatı təsdiqləməyib.

HƏMAS həmçinin 22 fevral şənbə günü Qəzzada təxminən on ildir saxlanılan iki israilli də daxil olmaqla altı canlı girovu azad edəcəyini açıqlayıb.

Bu, İsrail və HƏMAS arasında 1904 fələstinli məhbusun müqabilində 33 girovun mərhələli şəkildə azad edilməsini nəzərdə tutan razılaşma çərçivəsində baş verir.

Atəşkəs başlayandan bəri HƏMAS silahlıları 19 girovu azad edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr